Dünya futbolu

Suares dubl etdi, “İnter Mayami” ilk komanda oldu ki… – VİDEO

MLS matçında “İnter Mayami” “Çinçinnati”ni məğlub edib.

Aut.az xəbər verir ki,  Fort Lauderdeyldə, DVR stadionunda baş tutan görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Hər iki qol Luis Suares vurub.

Beləliklə, “İnter Mayami” cari mövsümün sonunda MLS-in pley-off mərhələsinə vəsiqə qazanan ilk komanda olub. Qeyd edək ki, “İnter Mayami” MLS tarixində mövsümün ilk 26 matçında pley-offa yüksələn dördüncü komanda olub.

Hazırda MLS turnir cədvəlinə 56 xalla “İnter Mayami” təkbaşına başçılıq edir. Komanda ardıcıl üçüncü qələbəsini qazanıb. “ÇinÇinnati” isə 48 xal toplayaraq üçüncü yerdə qalıb. Komanda ardıcıl dördüncü məğlubiyyətini alıb.

Aut.az