Dünya futbolu

O, gələcəkdə Niderland millisinin vacib oyunçusu olacaq – Arda kimi deyir?

“Şaxtyor”un baş məşqçisi Arda Turan “AZ Alkmaar” ilə 1/4 finalın ilk oyunundan sonra niderlandlı yarımmüdafiəçi Kis Smitin oyununu yüksək qiymətləndirib.

Aut.az xəbər verir ki, onun sözləri “VoetbalPrimeur” tərəfindən sitat gətirilib..

“Nəticədən asılı olmayaraq, yaxşı oyunçular haqqında danışmaq vacibdir. İlk hissədə onu idarə edə bilmədik. Komandasının oyununu çox yaxşı təşkil etdi. Düşünürəm ki, gələcəkdə Niderland  millisi üçün çox vacib oyunçu olacaq. O, çox yaxşı inkişaf edir.

Sizin çoxlu yaxşı oyunçunuz var, amma o, xüsusidir. Çünki müasir futbolda altı nömrə həm də oyunu diktə edir, komandaya rəhbərlik edir və meydanda liderdir. Və açığı, mən onda belə bir gələcəyi görürəm. Bəlkə də rəqib məşqçi kimi mənim üçün onun haqqında bu qədər danışmaq yersizdir, amma mən futbol azarkeşi kimi onun oyununun gözəlliyi haqqında danışıram”, – Turan deyib.

20 yaşlı niderlandlı bu mövsüm 42 oyun keçirib, dörd qol vurub və səkkiz məhsuldar ötürmə edib. Smith AZ akademiyasının yetirməsidir və transfer dəyəri 25 milyon avrodur (“Transfermakt”a görə).

Aut.az