UEFA hərəkətə keçdi: İnfantinonun yerinə namizəd hazırlayır
UEFA rəhbərliyi 2027-ci ildə keçiriləcək beynəlxalq təşkilatın rəhbəri seçkilərində hazırkı FİFA prezidenti Canni İnfantino ilə rəqabət aparmaq üçün alternativ namizəd irəli sürməyi planlaşdırır.
Aut.az xəbər verir ki, bu barədə “The Guardian” qəzetinin jurnalisti Romain Molina məlumat yayıb.
Mənbənin məlumatına görə, FİFA-nın ABŞ milli komandasının oyunçusu Folarin Baloqunun cəzasının ləğv edilməsi qərarından sonra oxşar müzakirələr təkcə Avropada deyil, həm də digər bölgələrdəki futbol liderləri arasında intensivləşib.
Bir çox rəsmilər hesab edirlər ki, “işlər belə davam edə bilməz” və FİFA-nın alternativ rəhbərliyə ehtiyacı var.
Lakin müzakirələrlə real hərəkətlər arasında böyük fərq var. Növbəti seçkilərdə İnfantinoya açıq şəkildə müqavimət göstərmək üçün “siyasi cəsarət” tələb olunur ki, bu da bu gün əksər futbol rəhbərlərində yoxdur.
Canni İnfantino 2016-cı ildən FİFA prezidentidir. O, daha sonra 2019 və 2023-cü illərdə bu vəzifəyə yenidən seçilib.
Aut.az
