Dünya futbolu

Ronaldonun yeganə variantı

Portuqaliyalı hücumçu Kriştiano Ronaldonun karyerasını davam etdirmək üçün hələ də yalnız bir seçimi var.

Aut.az AS nəşrinə istinadla xəbər verir ki, Ronaldonun Səudiyyə Ərəbistanının “Əl-Nəssr” klubundan savayı variantı yoxdur.

Qeyd olunur ki, 37 yaşlı futbolçuya rəsmi təklif edən yeganə klub məhz “Əl-Nəssr”dir.

Bildirilir ki, Qətərin “Əl-Sədd” klubu da onun xidmətində maraqlı olub, amma hələ də rəsmi təklif göndərilməyib.

Mənbənin məlumatına görə, Ronaldonun “Əl-Nəssr”də maaşı 200 milyon avrodan çox olmayacaq. Daha əvvəl məlumat yayılmışdı ki, Səudiyyə klubu portuqaliyalı ilə 2022-ci ilin sonuna qədər müqavilə bağlayacağını planlaşdırır.