Dünya futbolu

Rekorda doymur: Yenə hamını qabaqladı

Avstriya milli komandasının kapitanı və “Real”ın ulduzu David Alaba 2023-cü ildə ölkəsində ilin ən yaxşı futbolçusu seçilib.

Aut.az xəbər verir ki, 31 yaşlı müdafiəçi Avstriya Bundesliqasının 12 klubunun məşqçiləri arasında keçirilən səsvermədə 53 xal toplayıb. Alaba digər iddiaçıları xeyli qabaqlayıb.

Onun ən yaxın rəqibi “Bayern”in futbolçusu Konrad Laymer 13 xal geridə qalıb.

David ümumilikdə 10-cu (heç kim 4-dən çox deyil) və ardıcıl isə 4-cü dəfə bu mükafatı alaraq adını Avstriya futbolu tarixinə yazıb.

Qeyd edək ki, 2023-cü ildə Alaba “Real”ın heyətində İspaniya kubokunu qazanıb, həmçinin milli ilə Avro-2024-ə vəsiqə qazanıb. Bununla belə, onun qitə çempionatında iştirakı zədə səbəbindən sual altındadır.