Dünya futbolu

Dayanmaq bilmir: Daha bir klub alır

Rusiyalı iş adamı Dmitri Rıbolovlev “Vasko da Qama” futbol klubunu ala bilər.

Aut.az xəbər verir ki, bu barədə “Globo” məlumat yayıb.

Rıbolovlev klubu almağa iddialı üç namizəddən biridir. Digər ikisi Evangelos Marinakis (“Olimpiakos” və “Nottingem Forest”in sahibi) və Andrea Radrizzanidir (“Lids” və “Sampdoria”da pay sahibi).

Qeyd edək ki, Rıbolovlev “Monako” (Fransa) və “Serkl Brugge” (Belçika) klublarının sahibidir. 

Aut.az