Dünya futbolu

Ronaldo ailəsi üçün 65 milyona təyyarə aldı – FOTO

“ƏI-Nəsr”in futbolçusu Kriştiano Ronaldo yeni şəxsi təyyarə alıb.

Aut.az xəbər verir ki, bu barədə Portuqaliyanın VIP nəşri məlumat yayıb. Bildirilir ki, superulduz yeni təyyarə üçün 65 milyon dollar xərcləyib. “Gulfstream G200” adlı uçuş vasitəsindən Ronaldo böyüyən ailəsi üçün istifadə edəcək.

Yeni təyyarənin 18 sərnişin üçün oturacağı, qarderob, çarpayı və əyləncə sistemi ilə təchiz edildiyi bildirilir. Onun reaktiv olması da Ronaldonun seçimində mühüm rol oynayıb.

Qeyd edək ki, Kriştiano hazırda dünyanın ən çox maaş alan futbolçusudur. 2023-cü ilin yanvarında müqavilə imzadığı “Əl-Nəsr”dəki illik məvacibi 200 milyon avrodan çoxdur.

Ronaldo ailəsi üçün 65 milyona təyyarə aldı - FOTO