Dünya futbolu

Ona boş yerə “ata” demirdik: Baltaça kimi nəzərdə tutur?

Kiyev “Dinamo”sunun keçmiş müdafiəçisi Sergey Baltaça Valeri Lobanovski haqda danışıb.

Aut.az xəbər verir ki, “Dinamo”nun əfsanəsi Lobanovskinin onu əsas komandaya necə dəvət etdiyini də xatırlayıb.

“Əvvəlcə dublyorlarla məşq edirdim. Valeri Vasilyeviçi ancaq əsas komanda ilə məşq edəndə bizi uzaqdan görürdü. Ancaq bir dəfə gənclərin məşqinə gəldi, mənə yaxınlaşdı və soruşdu: “Sabah oynamağa hazırsan?”

Başa düşdüm ki, belə bir şans ömürdə ancaq bir dəfə ola bilər. Təbii ki, “hazıram” dedim. O, zədəli Mixail Fomenkonun yerinə məni sonuncu müdafiəçi kimi oynatdı. İlk oyundan sonra məni tərifləyib əsas komandaya transfer etdi.

Valeri Lobanovski sadəcə məşqçi deyil, əsl psixoloq idi. O, heç vaxt oyunçularla kobud davranmayıb, nalayiq sözlər işlətməyib, səsini qaldırmayıb. O, böyük insan idi.

Kiyevdə Lobanovski hamı tərəfindən tanınır və ona hörmət edilir. O, futbolçularının istənilən məsələsini həll edirdi, hətta mənzil məsələsində də köməklik edə bilərdi. Əbəs yerə ona “ata” deməmişik”, – Baltaça deyib.

Aut.az