Azarkeş rekordu
Ümumilikdə mövsüm ərzində oyunları tribunalardan 22 234 502 azarkeş canlı olaraq izləyib. Bu da 2017-2018 mövsümündə qeydə alınan rekorddan təqribən 110 min çoxdur. Liqa tarixində ilk dəfədir ki, bir oyunu orta hesabla ən azı 18 000 azarkeş izləyib (18 077).
Daha bir rekord göstərici diqqət çəkir. Tarixində 2-ci dəfə 22 milyon rəqəmini keçən liqa, tribunaların tam dolu olduğu oyunların sayına görə də rekordu yeniləyib. Bu mövsüm 791 oyunda tribunalar azarkeşlərlə dolu olub. Bundan əvvəlki rekord 2018-2019 mövsümündə qeydə alınmışdı. Həmin mövsüm 760 oyunda tribunalarda boş yer olmamışdı. Ümumilikdə, tribunaların dolma faizi 97-yə bərabər olub.
Qeyd edək ki, liqa son illərdə məhz müntəzəm çempionatda azarkeşlərlə bağlı əziyyət çəkirdi. Belə ki, play-off oyunlarının hamısında biletlər tam olaraq satılır.
