De Byazi qovulur? – AFFA bu tarixdə qərar verəcək
AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.
Aut.az xəbər verir ki, toplantı aprelin 13-də qurumun inzibati binasında keçiriləcək. Bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb.
Saat 10:00-da başlayacaq iclasın gündəliyindəki əsas məsələ Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində keçirdiyi oyunlarla bağlı baş məşqçi Canni De Byazinin hesabatı olacaq.
Həmçinin digər məsələlər də müzakirəyə çıxarılacaq.
