Qriliş bu şəhərə gəldi
“Mançester Siti”nin yarımmüdafiəçisi Cek Qriliş Neapol şəhərinə gəlib.
Aut.az xəbər verir ki, bu barədə “Corriere dello Sport” məlumat verib.
Daha əvvəl ingilisin Antonio Kontenin komandasına mümkün transferi ilə bağlı məlumat yayılmışdı.
Xatırladaq ki, “Siti”nin sabiq futbolçusu Kevin De Bruyne artıq “Napoli”yə keçib. Eyni zamanda, hazırkı İtaliya çempionu hücumun sol cinahını gücləndirmək üçün müxtəlif variantları nəzərdən keçirir.
Qriliş 2021-ci ildən “Mançester Siti”də oynayır, “Aston Villa”dan 117 milyon avroya transfer olunub. Ötən mövsüm ingilis bütün yarışlarda 32 matçda iştirak edib, 3 qol vurub və 5 məhsuldar ötürmə edib.
Aut.az
