“Yunayted” rəhbərliyi əsəbiləşdi: Onunla görüş tələb edirlər
“Mançester Yunayted” 2026-cı ildə İngiltərə hakimlər briqadasının rəhbəri Hovard Uebb ilə görüş tələb etmək istəyir.
Aut.az xəbər verir ki, “Daily Mail” qəzetinin məlumatına görə, klub rəhbərliyi əsəbiləşib və hesab edir ki, hakimlər bu mövsüm dəfələrlə “Mançester Yunayted”in rəqiblərinin xeyrinə səhvlər ediblər (məsələn, “Brentford”, “Vest Hem” və “Vulverhempton”a qarşı oyunlarda).
Rəhbərlər vəziyyəti Uebb ilə müzakirə etmək və izahat tələb etmək istəyirlər.
Qeyd olunur ki, “Yunayted”in baş məşqçisi Ruben Amorim bu təşəbbüslə heç bir əlaqəsi yoxdur.
Aut.az
