Şahmat

Ukrayna Dvorkoviçə qarşı mübarizə aparacaq: Sanksiya da ola bilər

Ukrayna Şahmat Federasiyası rus və belaruslulara milli simvollarını qaytarmaq və komanda yarışlarında iştirak etməyə icazə vermək qərarına gələn FİDE prezidenti Arkadi Dvorkoviçə qarşı mübarizəni davam etdirir .

Aut.az xəbər verir ki, Ukrayna Şahmat Federasiyasının birinci vitse-prezidenti Vladimir Kovalçukun açıqlaması e2e4 televiziya kanalı tərəfindən yayımlanıb.

Rəsmi şəxs FİDE-nin qərarını “utancverici” adlandıraraq qeyd edib ki, səsvermə zamanı Baş Assambleya bitərəf qalan ölkələrin sayını nəzərə almayıb.

Kovalçuk həmçinin Ukrayna Şahmat Federasiyasının bu qərardan İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edəcəyini açıqlayıb.  Ukraynanın Arkadi Dvorkoviçin özünə və yaxın ətrafına sanksiyalar tətbiq etməsi barədə də söhbətlər gedir.

Aut.az