İngiltərə

Qadın futbolçunu təhqir edən daha bir şəxs həbs edildi

Polis İngiltərənin qadınlardan ibarət yığmasının futbolçusu Cess Karteri sosial medaiada təhqir edən daha bir nəfəri  həbs edib.

Aut.az xəbər verir ki, müdafiəçi qadınlar arasında Avro-2025-də iştirak edərkən sosial mediada çoxsaylı irqçi təhqirlərdən şikayətlənib.

Qadın futbolçunu təhqir edən daha bir şəxs həbs edildi

İyul ayında polisin, Karterə təhqiredici mesajlar göndərməkdə şübhəli bilinən 59 yaşlı kişini müəyyən etdiyi bildirilmişdi . Cinayəti törətməkdə şübhəli bilinən şəxs həbs edilib və daha sonra istintaqa buraxılıb.

“Sky Sports” xəbər verir ki, eyni işdə ikinci şübhəli həbs edilib.

Riplidən olan 30 yaşlı kişi Derbi polisi tərəfindən zərərli kommunikasiyalar yaymaqda şübhəli bilinərək həbs edilib. Daha sonra o, zaminə buraxılıb.

Aut.az