Gələcəkdə “Çelsi”nin lideri o olacaq: Mareska kimi deyir?
“Çelsi”nin baş məşqçisi Enzo Mareska 18 yaşlı braziliyalı vinger Estevaonun yüksək səviyyəli oyunçu olacağına inanır.
Aut.az xəbər verir ki, Mareska əmindir ki, Estevao gələcəkdə London komandası üçün vacib oyunçuya çevriləcək.
İnsayder Fabritsio Romano məşqçidən sitat gətirib:
“Estevao, şübhəsiz ki, gələcəkdə bu klub üçün vacib oyunçu olacaq.
Ən əsası odur ki, o, futboldan həzz alır, xoşbəxtdir və digər oyunçulardan üstün olmaq haqda düşünmür. O, ən yaxşı oyunçu olacaq”.
Xatırladaq ki, Estevao bu yay “Çelsi”yə 34 milyon avroya “Palmeyras”dan keçib. Bu mövsüm o, “Çelsi”nin heyətində 16 matçda 4 qol vurub və bir məhsuldar ötürmə edib.
Aut.az
