Dünya futboluİngiltərə

Ondan heç vaxt üzr istəməyəcək: Obameyanq Arteta ilə münaqişədən danışdı

35 yaşlı qabonlu hücumçu Pyer-Emerik Obameyanq “Arsenal” klubunun kapitanı olarkən Mikel Arteta ilə baş verən münaqişəni şərh edib.

“Arsenal”dakı karyeramı bitirən bir səhv oldu. Mən komandanın olduğu yerə axşam gəlməli idim, amma ertəsi gün gəldim. Anamın səhhəti ilə məşğul olduğum üçün bu barədə heç kimə demədim.

Məşqə gələndə hər şey qaydasında idi. Arteta məşqdə özünü həmişəki kimi apardı. Amma bitdikdən sonra mənə zəng vurub qışqırmağa başladı. O, kapitan olduğumu və komandaya nümunə olmalı olduğumu, buna haqqım olmadığını vurğuladı.

Arteta dedi ki, mən onun kürəyindən bıçaqladım. Evə getməyimin səbəbini məşqçi bildiyi üçün çox əsəbiləşdim. Nəticədə mən əvvəlcə kapitan sarğısından məhrum oldum, sonra isə Arteta məni “Arsenal”da sadəcə məhv etdi.

Səhv edirəmsə, həmişə üzr istəyirəm, amma ondan heç vaxt üzr istəməyəcəyəm”, – Obameyanq bildirib.

Aut.az