İngiltərəİtaliya

“Milan”da qalmayacaq: “Çelsi” ona yeni klub axtaracaq

Joao Feliks “Milan”da qalmayacaq və mövsümün sonunda “Çelsi”yə qayıdacaq.

İtaliya klubu 25 yaşlı portuqaliyalı hücumameyilli yarımmüdafiəçini qış transfer pəncərəsində mövsümün sonuna qədər “mavilər”dən icarəyə götürüb.

Aut.az xəbər verir ki, “Milan”ın gələn mövsüm Feliksi 30-35 milyon avroya almaq opsiyonu ilə 8-10 milyon avroya icarəyə götürə biləcəyi bildirilir.

Amma bununla belə, insaydert Fabritsio Romanonun sözlərinə görə, “rossonerilər” hazırda Joao ilə bağlı londonlularla danışıqlar aparmağı planlaşdırmır.

“Çelsi” isə yayda vəziyyəti dəyərləndirəcək və oyunçu üçün yeni klub axtaracaq.

Aut.az