“Sportinq” gürcüstanlı futbolçu transfer etdi: Bu məbləğə
“Levante” yarımmüdafiəçisi Giorgi Koçoraşvilinin Portuqaliyanın “Sportinq” klubuna transfer olunduğunu açıqlayıb.
Aut.az xəbər verir ki, gürcüstanlı futbolçunun 2025-ci il iyunun 30-na kimi “Valensiya” klubunda icarə əsasında qalacağı qeyd olunub.
İspaniya mətbuatının iddiasına görə Lissabon klubu bu keçidə görə İspaniya təmsilçisinə 5,5 milyon avro ödəyəcək.
25 yaşlı Koçoraşvili 2022-ci ilin iyulundan “Levante”də çıxış edir. Bu müddət ərzində futbolçu klubun əsas heyətində 57 oyun keçirib, 9 qol vurub və 4 məhsuldar ötürmə edib. Gürcüstan millisinin heyətində Koçoraşvili 19 oyun keçirib, 3 qol vurub.
Aut.az
