Həyatımın ən ağır günlərindən biridir – Rodriqodan təsirli paylaşım
“Real Madrid” və Braziliya millisinin futbolçusu Rodriqo aldığı ağır zədəyə reaksiya verib.
Aut.az xəbər verir ki, braziliyalı futbolçu “İnstaqram” hesabında emosional bir paylaşım edib.
Rodriqo azarkeşlərə mövsümün qalan hissəsində meydandan kənar qalacağını və 2026-cı il Dünya Kubokunu buraxacağını bildirib. 25 yaşlı cinah oyunçusu həmişə belə ciddi zədə almaqdan qorxduğunu etiraf edib.
“Həyatımın ən pis günlərindən biridir. Həmişə bu zədədən qorxmuşam… Bəlkə də həyat son vaxtlar mənə qarşı bir az qəddar olub. Buna layiq olub-olmadığımı bilmirəm, amma şikayətlənməli nə var ki? Mən də layiq olmadığım o qədər gözəl şeylər yaşamışam ki.
Həyatımda və karyeramda böyük bir maneə yarandı və müvəqqəti olaraq ən çox sevdiyim işi görməyimə mane oldu. Mövsümün qalan hissəsini klubumla birlikdə keçirə bilməyəcəyəm və milli komandamla Dünya Kubokunu buraxacağam. Hamının bildiyi kimi, bu arzu mənim üçün çox vacibdir. Və qalan tək şey mənim həmişəkindən daha güclü olmağımdır”, – Rodriqo yazıb.
Aut.az
