İngiltərə

Qvardiola bəd xəbər verdi: Yenə zədələndi

 “Mançester Siti”nin  yarımmüdafiəçisi Rodri klublarrarsı dünya çempionatının 1/8 finalında “Əl-Hilal”a uduzduqları matçda 3:4) yeni zədə alıb.

Aut.az xəbər verir ki, bu barədə “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola bildirib.

İspan 53-cü dəqiqədə meydana daxil olub, daha sonra əlavə vaxtda əvəzlənib. Rodri çarpaz bağ zədəsi ilə keçən mövsümü demək olar ki, buraxmışdı. Qvardiola yarımmüdafiəçinin yeni zədəsinin xarakteri və şiddətini açıqlamayıb.

“Biz Rodriyə baxmalıyıq, o, öz vəziyyətindən şikayətlənirdi, ona görə də onun geri qayıtması bir qədər vaxt aparacaq”, – Qvardiola bildirib.

Aut.az