Çağırsalar, müharibəyə gedəcək
London “Arsenal”ının ukraynalı müdafiəçisi Aleksandr Zinçenko Ukraynadakı müharibə ilə bağlı fikirlərini bölüşüb.
Aut.az xəbər verir ki, Zinçenko bu barədə İngiltərə mətbuatına danışıb.
“Məni çağırsalar, nə edərdim? Təbii ki, döyüşə gedərdim. Mənim müharibədə olan dostlarım var. Başa düşmək çətindir ki, bu yaxınlarda biz eyni məktəbə getmişik, uşaq meydançasında və ya futbol meydançasında oynamışıq və indi onlar ölkəmizi müdafiə etməlidirlər. Düzünü desəm, bunu qəbul etmək çox çətindir, amma belədir. Biz təslim ola bilmərik.
Ukraynada vəziyyət çox ağırdır, amma mən və ailəm Prezidentimizlə fəxr edirik. Bilirəm ki, bəziləri düşünə bilər ki, mənim üçün burada, Londonda olmaq Ukraynada olmaqdan daha asandır. Ümid edirəm ki, bu müharibə tezliklə bitəcək”.
Aut.az
