Dünya futbolu

Xəstəxanaya yerləşdirilib

İtaliyanın “Montsa” klubunun prezidenti Silvio Berluskoni Milanda xəstəxanaya yerləşdirilib.

Aut.az xəbər verir ki, futbol funksionerinin sidik yollarının infeksiyası səbəbindən xəstəxanaya yerləşdirildiyi bildirilir.

Berluskoni 1986-2016-cı illərdə “Milan”ın sahibi olub.

86 yaşlı Berluskoni 2018-ci ilin sentyabrında “Montsa”nı alıb.