Dünya futboluDünya cempionatı

Braziliyalılar Boliviyada nələr yaşayıblar? – Topdaşıyanlara, hakimlərə və polisə qarşı oynayırdıq

Braziliya millisinin nümayəndələri – baş məşqçi Karlo Ançelotti və yerli futbol federasiyasının prezidenti Samir Xaud maraqlı açıqlamalar veriblər.

Aut.az xəbər verir ki, onlar 2026-cı il dünya çempionatı seçmə mərhələsində Boliviyaya məğlubiyyətin (0:1) səbəblərini açıqlayıblar.

Xaud xoş münasibətlə qarşılaşmadıqlarını bildirib:

“Biz futbol oynamaq üçün gəlmişdik, amma gördüyümüz şey anti-futbol idi. Sadəcə xaos idi. Biz topu çıxarıb geri atmaqla məşğul olan topdaşıyanlara, hakimlərə və polisə qarşı oynamalı idik. Polisin davranışı isə həqiqətən dəhşətli idi. Komandalar bizə səfərə gələndə hər cür dəstəyi veririk, amma bizə sadəcə hörmətsizlik etdilər”.

Baş məşqçi Karlo Ançelotti isə ilk növbədə hakimlərin işindən narazılığını ifadə edib:

“Braziliya hücuma çıxanda, topdaşıyan uşaqlar dərhal əlavə topları sahəyə atırdılar. Bunu tənzimləməli olan hakimlərdir, biz, prezident və ya oyunçular deyil”.

18 oyundan sonra Braziliya seçmə qrup cədvəlində 28 xal toplayaraq 5-ci yeri tutub. Bu nəticə komandanın dünya çempionatına vəsiqə qazanmasına imkan verib.

Aut.az