MLS-in ən dəyərli futbolçuları
MLS-in ən bahalı oyunçusunun adı açıqlanıb.
Aut.az xəbər verir ki, “İnter Mayami” və Argentina millisinin kapitanı Lionel Messi sıralamada hamını qabaqlayıb. Onun dəyəri 35 milyon avrodur.
İkinci pillədə “Atalanta”nın yarımmüdafiəçisi Tyaqo Almada qərarlaşıb. Messinin 22 yaşlı həmyerlisinin 27 milyon avro dəyəri var. Üçüncü pillənin sahibi də argentinalıdır. Söhbət “Austin”in yarımmüdafiəçisi Sebastian Driussidən gedir. Onun dəyəri isə 15 milyon avrodur.
Qeyd edək ki, Messi 2023-cü ilin iyulunda “İnter Mayami”yə keçib. Onun müqaviləsi 2025-ci ilin dekabrına qədərdir. 36 yaşlı argentinalı Mayami təmsilçisinin heyətində 7 oyun keçirib və 10 qol vurub.
.jpg)
