Türkiyə klubu kabardinlə maraqlanır
Yarımmüdafiəçi Reziuan Mirzov karyerasını Türkiyədə davam etdirə bilər.
Aut.az xəbər verir ki, bu barədə “Sport24” məlumat yayıb. Kabardin-balkar futbolçu ilə Türkiyənin birinci liqasında çıxış edən “Gənclərbirliyi” maraqlanır.
30 yaşlı futbolçunun son klubu “Ximki” olub. Mirzov hazırda azad agentdir.
Ötən mövsüm Reziuan Mirzov 27 matçda iştirak edib, 4 qol vurub və 4 məhsuldar ötürmə verib.
Aut.az
