“Turan Tovuz”un stadionunda yenilik
“Turan Tovuz”un stadionunda daha bir yenilik edilib.
Aut.az xəbər verir ki, Tovuz Şəhər Stadionunda VİP sektor yenidən istifadəyə verilib.
Əsas tribunada olan VİP sektordan oyunları izləmək istəyən azarkeşlər 5 manatlıq bilet almalıdırlar.
“Turan Tovuz” cari mövsüm Premyer Liqada ilk ev oyununu 4-cü tur çərçivəsində “Səbail”ə qarşı keçirəcək. Görüş avqustun 26-da baş tutacaq.
