Dünya futbolu

“Hər zaman Messini seçirəm, amma Neymarın PSJ-yə gəlişi unikal idi”

“Əl-Əhli”nin və sabiq PSJ-nin yarımmüdafiəçisi Yulian Draksler karyerası ərzində Lionel Messini və Neimaryı ən görkəmli komanda yoldaşları adlandırıb.

Aut.az xəbər verir ki, “Mən hər zaman Messini seçirəm, çünki o, mənim üçün bütün dövrlərin ən yaxşı futbolçusudur. Amma onu da deməliyəm ki, Neymar 2017-ci ildə PSJ-yə gələndə bu, tamamilə unikal bir şey idi. Həqiqətən də dəli bir dövr idi”, – deyə Draksler “Foot Mercato”ya bildirib.

Neymar PSJ-nin heyətində 173 oyuna çıxaraq 118 qol vurub və 79 məhsuldar ötürmə edib. Messi isə Paris klubunda 75 matçda 32 qol və 35 ötürmə ilə yadda qalıb.

Aut.az