Dünya futbolu

Mən futbolçularla evli deyiləm: Enrike rusiyalı qapıçı haqda

PSJ-nin baş məşqçisi Luis Enrike komandanın qapıçısı Matvey Safonovun mövsümdə ilk oyununu şərh edib.

Aut.az xəbər verir ki, 15-ci turun “Renn”lə matçında rusiyalı qolkiper zədəli Lukas Şevalyeri əvəzləyərək bu mövsüm ilk dəfə qapıda yer alıb.

Safonov iki zərbənin qarşısını alaraq qapısını toxunulmaz saxlayıb.

“Bu gün mükəmməl oyun oynadıq. Safonov üçün çətin oldu, çünki onun oyun təcrübəsi az idi. Həddindən artıq emosiyalar bəzən çaşqınlıq yarada bilər. Amma diqqətinizi işinizə yönəltsəniz, hər şey düzələcək. O, bunu bacardı.

Bütün oyunçuların şansları var və bu, öz fədakarlıqlarından və performanslarından asılıdır. Safonov bu gün şansını qazanıb. Onunla heç vaxt problemim olmayıb, amma məni başa düşün, mən futbolçularla evli deyiləm, yalnız öz həyat yoldaşımla evliyəm. Onunla bağlı başqa planlarım var. Safonov az-çox oynayacaq”, – Enrike bildirib.

Aut.az