Səhhəti pisləşdi, təcili əməliyyat olundu
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola əməliyyat olunub.
Aut.az xəbər verir ki, ispaniyalı məşqçi son vaxtlar belində şiddətli ağrılardan əziyyət çəkib. Nəticədə həkimlər onun təcili əməliyyat olunmasına qərar verib. O, buna görə Barselonadakı klinikalardan birinə yollanıb.
Əməliyyat uğurla keçib. Hazırda 52 yaşlı mütəxəssis reabilitasiya mərhələsindədir. Onun sentyabrda milli komandaların oyunları ilə bağlı yaranacaq fasilədən sonra işə qayıda biləcəyi gözlənilir.
Pepin yoxluğunda komandanı köməkçisi Xuanma Lillo idarə edəcək.
