“Qalatasaray” Norveç səfərində
Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin ilk oyunlarına yekun vurulacaq.
Aut.az xəbər verir ki, ikinci oyun günündə daha üç matç keçiriləcək. Türkiyə təmsilçisi “Qalatasaray” Norveçdə “Molde”nin qonağı olacaq.
“Braqa” Portuqaliyada Yunanıstan təmsilçisi “Panatinaikos”u sınağa çəkəcək. İsrail çemoionu “Makkabi” (Hayfa) isə İsveçrənin “Yanq Boyz” klubuyla üz-üzə gələcək.
Çempionlar Liqası: pley-off mərhələsi, ilk oyunlar
23 avqust
23:00 Braqa (Portuqaliya) – Panatinaikos (Yunanıstan)
23:00 Makkabi (Hayfa, İsrail) – Yanq Boyz (İsveçrə)
23:00 Molde (Norveç) – Qalatasaray (Türkiyə)
