Andrade Avrokubokların tarixinə düşdü
“Qarabağ”ın futbolçusu Leandro Andrade avrokubokların tarixinə düşüb.
Aut.az xəbər verir ki, kabo-verdeli yarımmüdafiəçi UEFA bayrağı altında keçirilən üç müxtəlif oyunun birinci dəqiqəsində qol vuran ilk futbolçu olub.
O, UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda, İspaniyada “Atletik Bilbao” ilə oyunda ilk dəqiqədə fərqlənib.
Andrade daha əvvəl Avropa Liqasında İsveçin “Hakken” (2:1) klubu ilə oyunda, eləcə də Rumıniyanın FKSB komandası ilə matçda ilk dəqiqədə adını tabloya yazdırmağı bacarıb.
Aut.az
