Messinin rekordunu qırdı: İlk braziliyalıdır ki…
“Barselona”nın cinah oyunçusu Rafinya Çempionlar Liqasının bir mövsümündə qol+ötürmə sayına görə reklord müəyyənləşdirib.
Aut.az xəbər verir ki, Rafinya Lionel Messinin rekordunu yeniləyib. Bu barədə “Squawka” məlumat yayıb.
Braziliyalı ilk yarımfinalda İtaliya “İnter”i ilə qarşılaşmada (3:3) bir qol vurub və məhsuldar ötürmə edib. O, Çempionlar Liqasının cari mövsümündə 20 qolun vurulmasında iştirak edib – 12 qol və 8 məhsuldar ötürmə.
Bu göstərici ilə o, 19 effektiv hərəkət edən “Barselona”nın əfsanəsi Lionel Messinin rekordunu geridə qoyub. Rafinya həm də turnir tarixində bu göstəriciyə çatan ilk braziliyalı olub.
Aut.az
