İngiltərə

“Çelsi” əl çəkmir, ikinci təklifi hazırlayır

“Çelsi” “Sanderlend”in yarımmüdafiəçisi Qranit Cakanı transfer etmək üçün səylərini davam etdirir.

Aut.az xəbər verir ki, “Daily Mail” qəzetinin məlumatına görə, “Qara pişiklər” London klubunun isveçrəli yarımmüdafiəçi üçün ilk təklifini rədd edib. “Mavilər” yarımmüdafiəçi üçün səkkiz milyon funt sterlinq dəyərində ikinci təklif hazırlayır.

“Çelsi”nin yeni baş məşqçisi Xabi Alonso şəxsən transfer üçün səy göstərir, çünki ispaniyalı artıq “Bayer Leverkuzen”də Caka ilə işləyib. Bu arada, “Sanderlend” ötən mövsüm Avropa yarışlarına vəsiqə qazandıqdan sonra kapitanını saxlamaqda qərarlıdır.

Qranit Cakanın “Sanderlend”lə müqaviləsi 30 iyun 2028-ci ilə qədərdir. O, 2025/26 mövsümündə bütün yarışlarda 36 oyunda iştirak edib, bir qol vurub və altı məhsuldar ötürmə edib.

Aut.az