MY onu ərəblərə satır
“Mançester Yunayted”in hücumçusu Antoni Marsial komandanı yanvarda tərk edəcək.
Aut.az xəbər verirk i, bu barədə “Mirror” məlumat yayıb.
Bildirilib ki, fransalı futbolçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək. “Əl-İttifaq” Marsial ilə müqavilə imzalamaq istəyi. Bu transfer artıq qışda baş tuta bilər. Səudiyyəlilər onu 10 milyon avroya almağa hazırdır.
“Mançester Yunayted” isə müqaviləsi yayda başa çatacaq futbolçunu satmağa hazırdır.
