İngiltərə

Tanınmış qapıçı məşğul ola bilmədiyi hobbisindən danışdı: Müqaviləm imkan vermir

“Everton” və İngiltərə millisinin qapıçısı Corcan Pikford avtoidman həvəsindən danışıb.

Aut.az xəbər verir ki, futbolçu etiraf edib ki, müqaviləsinə görə motokrossla məşğul ola bilməsə də, bu idman növünə böyük marağı var:

“Futbolçu olduğum üçün motokrossla məşğul olmağım qadağandır, amma mən bunu çox istərdim! Uşaqlıqda hər həftə dostlarımla birlikdə yarışlara baxmağa gedirdim, ən yaxın dostum isə indi Böyük Britaniya çempionatında iştirak edir. İmkanım olsa, hər həftə ora gedərdim və bacardığım qədər çox yarış izləyərdim. Təəssüf ki, müqavilələrimizdə belə işlərlə məşğul olmağı qadağan edən ciddi qaydalar var. Bu, yəqin ki, həyatda böyük həvəslə məşğul olacağım yeganə iş olardı”.

Qeyd edək ki, Pikford cari mövsümdə “Everton”un heyətində Premyer Liqada 9 oyun keçirib.

Aut.az