İngiltərə

“Heç kim inanmazdı ki, Qvardiola futbolda adi insan kimi görünəcək”

İngiltərəli futbol mütəxəssisi, “Liverpul”un keçmiş futbolçusu Ceymi Karraqer hazırda pis dövr keçirən “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola haqda danışıb.

“Heç kim inanmazdı ki, bütün zamanların ən böyük məşqçisi də futbolda adi insan kimi görünəcək. Bu, ən yaxşılar da daxil olmaqla, hər bir məşqçinin başına gələ bilər. Amma indiyə qədər Pep bu çətinliklərdən qaça bilmişdi.

Qvardiolanın dövründə elit sayıla biləcək şəxslərin hamısı – Joze Mourinyo, Karlo Ançelotti və Yurgen Klopp belə anları yaşayıb.

Qvardiolanın dühası o qədərdir ki, idmanımızın tarixi yazılanda o, ən böyük yenilikçi və lider kimi yadda qalacaq, digərləri isə onun davamçılarıdır. Qvardiola oyunu dəyişdi”, – deyə “The Telegraph” Karragerin sözlərindən sitat gətirib.

“Mançester Siti” son altı oyunda beş məğlubiyyət və bir heç-heçə edib. Komanda hazırda Premyer Liqada 12 oyundan sonra 23 xalla lider “Liverpul”dan 9 xal geri qalaraq 4-cü yerdədir.

Aut.az