“Qarabağ”ın sabiq qapıçısı karyerasını nə vaxt bitirəcək?
“Qarabağ”ın sabiq qapıçısı, hazırda Moskva “Dinamo”sunda çıxış edən Andrey Lunyev karyerasını nə vaxt bitirəcəyi ilə bağlı sualı cavablandırıb.
“Hər kəs karyerasını öz yolu ilə bitirməyi düşünür. Şəxsən mənim üçün sağlamlıq önəmlidir. Özümü güclü hiss etməsəm, futbolu aldatmaram. Heç bir yaş məhdudiyyətim yoxdur. Ondan bezəndə bitirəcəm”, – Lunyev Sport24-ün müxbiri Boris Korolevlə söhbətində deyib.
Bu mövsüm 33 yaşlı qolkiper “ağ-göylər”in heyətində 15 oyun keçirib, 16 qol buraxıb, 5 dəfə qapısını toxunulmaz saxlayıb.
Aut.az
