İngiltərə

Klub sahibləri şərlənmək və tənqid olunmaq üçün mövcuddurlar – Cordan yazır

“Kristal Pelas”ın keçmiş sahibi Saymon Cordan müasir fanatların klub rəhbərlərini tənqid etməis haqda yazıb.

Aut.az xəbər verir ki, Cordan bu barədə sosial şəbəkədə paylaşım edib.

“Hər məsələ ilə bağlı artan fəallıq və petisiya dünyasında yaşadığımızı nəzərə alsaq, bəzi futbol azarkeşlərinin çox vaxt öz hüquqlarını nəzərə alaraq, klubları ilə ünsiyyət tərzini dəyişməsi təəccüblü deyil.

Sahiblər bir vaxtlar adi fanatların ağlına nadir hallarda gəlirdilər. Amma mentalitet o dərəcədə dəyişib ki, sanki klubları idarə edənlər yalnız şərlənmək və tənqid olunmaq üçün mövcuddurlar – ya da növbəti axmaq gəlib eyni şeyi edənə qədər bütün pul kisələri boşaldılır.

“Mançester Yunayted”də Qleyzer əleyhinə kampaniyalar və “Tottenhem” azarkeşlərinin Daniel Levi əleyhinə etirazları var.

İndi “Çelsi”yə milyardlarla sərmayə qoyan və buna görə də çox xərcləməkdə günahlandırılan Todd Boeliyə qarşı etiraz yürüşləri var! Deyəsən, mən bunların hamısını görmüşəm axı”, – deyə Saymon Cordan yazıb.

Aut.az