İngiltərə

Ulduz futbolçu Mançester nəhənglərinin hədəfinə düşdü

“Mançester Siti” və “Mançester Yunayted” “Nyukasl”ın və İtaliya millisinin mərkəz yarımmüdafiəçisi Sandro Tonaliyə maraq göstərir.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Şira məlumat yayıb.

Onun sözlərinə görə, “Nyukasl” futbolçunu satmaq niyyətində deyil.

25 yaşlı italyan futbolçu 2023-cü ilin yayında “Milan”dan “Nyukasl”a keçib. Lakin o, demək olar ki, ilk mövsümünü qeyri-qanuni futbol mərc oyunlarına görə aldığı diskvalifikasiya səbəbilə buraxıb.

Cari mövsümdə Tonalinin aktivində bütün turnirlərdə “Nyukasl”ın heyətində keçirdiyi 43 oyunda 6 qol və 3 məhsuldar ötürmə var. Onun transfer dəyəri 45 milyon avro qiymətləndirilir, İngiltərə klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

Ötən həftə isə “Real”ın baş məşqçisi Karlo Ançelottinin Madrid klubunun rəhbərliyinə Tonalini transfer etməyi tövsiyə etdiyi bildirilmişdi.

Aut.az