İngiltərə

Pep deyib ki, get qol vur: Oyundan sonra kimə təşəkkür edib?

“Mançester Siti”nin yarımmüdafiəçisi Oskar Bobb İngiltərə Premyer Liqasının 21-ci turunda “Nyukasl Yunayted”lə oyunda (3:2) qazanılan qələbəni şərh edib.

Aut.az xəbər verir ki, 20 yaşlı futbolçu İngiltərə çempionatında ilk qolunu vurub və bu, matçda qələbə qolu olub.

“Bu, heyrətamiz hissdir. Sadəcə ehtiyat oyunçular skamyasından izləyirdim, yüksək templi matç idi. Məşqçi mənə dedi ki, çıx qol vur, bəxtim gətirdi.

Premyer Liqada ilk qol? Bu mənim ömürlük arzum idi və bunu dünyanın ən yaxşı komandası ilə etmək… Bunu təsvir edə bilmirəm. Bu qələbə azarkeşlərindir.

Daha sonra De Bruyneyə təşəkkürümü bildirdim. Dünyada bunu edə bilən yeganə oyunçudur. Onunla oynamaq əladır. O, təkcə Premyer Liqanın ən böyük oyunçularından biri deyil, həqiqətən də gözəl oğlandır. O, gənclərə çox kömək edir”, – deyə “TNT Sport” Bobbdab sitat gətirib.

Aut.az