“Arsenal” fanatları “Siti”yə belə “ilişdilər” – FOTO
“Arsenal” azarkeşləri “Mançester Siti”yə yönələn pankart asıblar.
Aut.az xəbər verir ki, banner “Brentford”la matçda (1:1) asılıb. Bannerdə belə yazılıb:
“Arsenal”: keyfiyyət və ənənə. Bunu neft pulu ilə ala bilməzsən”.

Xatırladaq ki, fevralın 15-də “Arsenal” Premyer Liqada “Mançester Siti” ilə qarşılaşacaq. Londonlular hazırda Premyer Liqaya başçılıq edirlər. Onlar ən yaxın rəqibi 6 xal qabaqlayırlar.
