Sautqeyt üçün əlamətdar oyun
İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt milli komandanın heyətində 100-cü oyununu keçirib.
Aut.az xəbər verir ki, Avropa çempionatının 1/4 final mərhələsinin İsveçrəyə qarşı oyunu (1:1, pen-5:3) 53 yaşlı mütəxəssis üçün yubiley matç olub.
O, 2016-cı ilin sentyabrından milli komandaya rəhbərlik edir. Sautqeytin rəhbərliyi altında İngiltərə 62 qələbə qazanıb, 20 görüşdə heç-heçə edib, 17 məğlubiyyətlə üzləşib.
Qeyd edək ki, Qaret milli komandanın tarixində oyun sayına görə Uolter Uinterbottum (1946-1962, 138 oyun) və Alf Remsidən (1963-1974, 113 oyun) geridə qalaraq 3-cü yeri tutur.
Aut.az
