İtaliya

Özbək futbolçunun gələcəyi ilə bağlı qəti qərarı açıqladı: Ona dedim ki…

“Roma”nın baş məşqçisi Klaudio Ranyeri “Ayntraxt”la Avropa Liqasının 8-ci tur matçından sonra fikirlərini bildirib.

Aut.az xəbər verir ki, Ranyeri özbək futbolçu Eldor Şomurodov barədə də danışıb.

“Bu gün arxa xətdə ehtiyatlı idik, onların əks-hücumlarından qorxurduq. Yaxşı idik, əla qələbə oldu.

Mən Hummelsə rəqib kimi hörmət edirdim, o, əla oyunçu və ağıllı insandır. O, komanda yoldaşları üçün nümunədir və mən ona “gələn il də burada qal” dedim. O, uşaqlara rəhbərlik etməlidir, çox oynamasa da, çox önəmli fiqurdur, komandaya rəhbərlik edir.

Şomurodov? Ona dedim ki, bizimlə qalacaq. Hamı onu sevir və azarkeşlər də onu sevir, çünki o, hər zaman bütün qüvəsini meydanda qoyur. Həmişə ona əsəbiləşirəm, ona dedim ki, sən getsən, kimə əsəbiləşəcəm?”, – Ranyeri bildirib.

Aut.az