İtaliya

“Atalanta”nın tarixində rekord: Bir mövsümdə 4 futbolçu…

Mayın 26-da A Seriyasının 38-ci turunun matçında “Atalanta” “Torino”nu qəbul edib.

Aut.az xəbər verir ki, görüş  meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 3:0.

Berqamoluların heyətində Canluka Skamakka, Ademola Lookman və Paşaliç hərəyə bir qol vurub. Nigeriyalı üçün bu qol A Seriyasının cari mövsümündə 10-cu olub.

“Opta”nın məlumatına görə, “Atalanta”nın tarixində ilk dəfə bir mövsümdə 10+ qol vuran 4 oyunçu olub.

Aut.az