“Ukraynanı qarət etdilər” deyən sabiq bossuna cavab verdi
İtaliya millisinin baş məşqçisi Luçano Spaletti Avro-2024-ün seçmə mərhələsində Ukrayna ilə keçirilən son oyundan (0:0) sonra “Ukrayna millisini qarət etdilər” deyən “Napoli”nin prezidenti Aurelio De Laurentisin sözlərinə cavab verib.
Aut.az xəbər verir ki, qarşılaşmanın son dəqiqələrində Ukraynanın xeyrinə penalti təyin edilməyibki, bu da böyük söz-söhbətə səbəb olub.
“Biz heç nə oğurlamamışıq. Ola bilər ki, bu oyunda qalib gəlməyə layiq deyildik, amma Avropa çempionatına vəsiqə qazanmağa layiq idik.
Mudrikə qarşı qayda pozuntusu? Bu epizod mübahisəli ola bilər, lakin çoxlarının iddia etdiyi kimi, bu epizodda birmənalı qərar vermək olmaz. Təəssüf ki, bu epizod bizim nailiyyətlərimizi dəyərsizləşdirmək üçün istifadə olunur”, – jurnalist Nikolo Şira “X” sosial şəbəkəsində (keçmiş Twitter) Spallettidən sitat gətirib.
Aut.az
