Xaviyə cavab verdi: Üç gün məşqçilik edənlər…
“Xetafe”nin prezidenti Anxel Torres komandasınını baş məşqçisi Xose Bordalasın oyun tərzini tənqid edən “Barselona”nın çalışdırıcısı Xavi Ernandesə cavab verib.
Aut.az xəbər verir ki, “Barselona” “Xetafe” ilə 0:0 hesablı heç-heçə etdikdən sonra Xavi rəqibin çıxışını biabırçılıq adlandırmışdı: “Onlar 0:0 hesabını qorumaqdan həzz alırdılar, bu, onların futboludur. İnsanların bu futbola baxmaq istəməməsi normaldır. Bu matç deyildi, bugünkü hərəkət ayıbdır”.
“Xetafe”nin prezidenti Torres “Onda Cero”ya açıqlamasında belə deyib: “Bir çox insan Bordalasa qarşı haqsızlıq edib. Hər hansı bir insanın bu qədər ədalətsiz davranması acı verir və məlumatların həqiqətə uyğun olmadığı ortaya çıxır.
Üç gün məşqçilik edən insanlar ona necə oynamalı olduğunu söyləməyə cəsarət edirlər. Məsələn, Xavi, Çolo [Dieqo Simeone], istənilən məşqçi”.
Aut.az
