Azərbaycan futbolu

AFFA rəsmisi UEFA-dan təyinat aldı

AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA-dan təyinat alıb.

Aut.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

O, UEFA Gənclər Liqasının Liqa mərhələsinin 3-cü turunda, noyabrın 26-da keçiriləcək “Srvena Zvezda” (Serbiya) – “Jilina” (Slovakiya) oyununun UEFA nümayəndəsi olacaq.

Qarşılaşma Belqraddakı “Rayko Mitiç” stadionunda təşkil olunacaq.