Azərbaycan futbolu

“Mingəçevir”də baş məşqçi dəyişikliyi

“Mingəçevir”in uğursuz nəticələri ilə bağlı məşqçilər korpusu dəfələrlə rəhbərliyə müraciət edərək öz istefalarını təkidlə israr edib.

Aut.az xəbər verir ki, klubun İdarə Heyəti istefa istəyini nəzərə alaraq baş məşqçi Samir Məmmədov və məşqçilər korpusu ilə yollarını ayırıb.

İdarə Heyətinin qərarı ilə komandanın baş məşqçisi vəzifəsinə Ədahim Niftəliyev təyin edilib.

“Mingəçevir” I Liqada 9 turdan sonra 10 xalla 8-ci sıradadır.

"Mingəçevir"də baş məşqçi dəyişikliyi