İngiltərə

Bu harasıdır – “Yunayted” problem içində boğulacaq, əgər…

“Mançester Yunayted”də vəziyyət pisdir və daha da pisləşə bilər.

Aut.az xəbər verir ki, klubun maliyyə durumu Çempionlar Liqasına vəsiqə qazanıb-qazanmamasından asılıdır.

MY hazırda dördüncü yerdən altı xal geri qalır və Çempionlar Liqasında növbəti mövsüm də oynamayacağı proqnozlaşdırılır.  Bu, klub rəhbərliyi üçün pis xəbərdir.

“The Times” yazır ki, əgər “Mançester Yunayted” Çempionlar Liqasına vəsiqə qazana bilməsə, cəzalandırılacaq. “Adidas” ilə sponsorluq müqaviləsini yerinə yetirmədiyi üçün klub 10 milyon avro itirə bilər. Amma bu son deyil.

Premyer Liqada uğursuzluq halında ən böyük problem, deyəsən, daxili FFP qaydalarına (PSR) riayət etmək olacaq. “Qırmızı şeytanlar” Çempionlar Liqası ilə bağlı çoxsaylı bonuslara arxalana bilməyəcək ki, bu da komandanın büdcəsini daha da ağırlaşdıracaq.

Bu baxımdan “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haqla bağlı xəbərlər maraqlı görünür. Niderlandlının mövqeyi təhlükə altında olsa da, rəhbərlik tələsməyəcək. Jurnalist Riçard Martinin fikrincə, onun işdən çıxarılması kluba 17,5 milyon funt-sterlinqə başa gələcək.

Aut.az