İngiltərəAlmaniya

“Çelsi”dən həmlə: “Borussiya”nın iki futbolçusunu birdən hədəf aldı

“Çelsi” Dortmund “Borussiya”sının 22 yaşlı cinah oyunçusu Kərim Adeyemi və 27 yaşlı qapıçısı Qreqor Kobellə maraqlanır.

Aut.az xəbər verir ki, bu barədə Almaniyanın “Sky Sport” nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, London klubu hazırda komandada çıxış edən qapıçıların səviyyəsindən narazıdır. Bu səbəbdən “mavilər” yay üçün mümkün variant kimi Kobeli nəzərdən keçirir.

Bu mövsüm Adeyemi bütün yarışlarda səkkiz matçda iştirak edib və beş qol vurub, beş məhsuldar ötürmə edib. Futbolçunun müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 35 milyon avrodur.

Kobel bu mövsüm bütün yarışlarda 18 matçda iştirak edib, onlardan altısında qapısını toxunulmaz saxlayıb. Qapıçının əmək müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 40 milyon avrodur.

Aut.az